Rusiyalı akademik açıqladı: "Koronavirus bu tarixdə başa çatacaq"

Rusiyalı akademik açıqladı: Koronavirus bu tarixdə başa çatacaq
Sosial 1208

Rusiya Federasiyasında COVID-19-a yoluxma halları iyunun ortalarına qədər başa çata bilər.

BAKU.WS xəbər verir ki, bu fikri Rusiya Milli Tədqiqat Tibb Universitetinin Terapiya Kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Çuçalin "Rusiya-1" kanalına müsahibəsində bildirib.

Rusiyalı akademik bu qənaətə yeni koronavirus infeksiyasını əvvəlkilərlə müqayisə edərək gəlib: "SARS 2002-ci ildə nə qədər davam etmişdi? 3.5 ay. 2012-ci ildə MERS virusu nə qədər davam etdi? 3.5 ay. Müəyyən xəstəliklərin dövrü var, buna görə mart, aprel, may aylarını qəbul edə bilərik. İyun ayının ortalarında bu infeksiyanın aradan qalxacağını gözləməliyik".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər