Koronavirusun ən çox yayıldığı ölkələr açıqlandı - SİYAHI
Dünyada 266 073 nəfər koronavirusa yoluxub və indiyədək 11 184 ölüm faktı qeydə alınıb.
BAKU.WS “TASS”-a istinadən xəbər verir ki,
Göstərilən statistikaya görə, yoluxmuşların sayı gündə 32 min artaraq 266 073-ə çatıb, virusa yoluxma hadisələrinin sayı 1344 nəfər artaraq 11184-ə çatıb.
Ən çox ölüm və yoluxma halları Avropa bölgəsində qeydə alınıb – 128 541 və 6000 yoluxma halı.
Koronavirusa ən çox yayılma halı Çində qeydə alınıb.Bu ölkədə 81 321 nəfər COVID-19 infeksiyasının daşıyıcısıdır.
Pandemiyanın ən çox yayıldığı ölkələrin siyahısında İtaliya ikinci yerdə qərarlaşıb. Rəsmi məlumata görə, bu ölkədə 53 578 koronavirusa yoluxma təsdiqlənib.
ABŞ COVID-19-un təsdiq edilmiş yoluxma hallarının sayına görə Çin və İtaliyadan sonra dünyada üçüncü yerə çıxıb.
Bu barədə ABŞ-ın federal və yerli hakimiyyətinin statistikasını aparan Cons Hopkins Universiteti bildirib.
Qeyd edilir ki, ölkədə təxminən 25,5 min koronavirusa yoluxma qeydə alınıb, 300-dən insan pandemiyanın qurbanı olub.
Universitetin məlumatına görə, ABŞ-da yeni virusa 25 493 yoluxma təsdiqlənib, 307 nəfər ölüb.
ABŞ koronavirusun yayılmasına görə yalnız Çindən və İtaliyadan geri qalır. Son həftə ərzində bu ölkədə COVID-19 infeksiyasına yoluxma halları onqat artıb.
Qeyd edək ki, ABŞ-dan sonra siyahıda İspaniya qərarlaşıb. Bu ölkədə 25,3 min nəfər yeni virusun daşıyıcısıdır. Almaniya siyahıda (22,2 min nəfər) 5-ci, İran (20,6 min nəfər) 6-cı yerdədir.
Oxşar xəbərlər
Koronavirusla bağlı hər kəsi maraqlandıran 17 CAVAB - VİDEO
Çindən dünyaya yayılan koronavirus epidemiyası barədə yenilənmiş məlumatlar hazırlanıb. BAKU.WS xəbər verir ki, bu barədə İstanbul Universitetinin Cərrahpaşa Ti...