Rusiya Türkiyədən ən azı 3 il pomidor almayacaq

Rusiya Türkiyədən ən azı 3 il pomidor almayacaq
Sosial 1630
 

"Türkiyədən pomidor alışı ilə bağlı qadağanın müddəti ən azı üç il uzadılacaq".

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev deyib.

Nazir Rusiyanın pomidor idxalını təqribən iki dəfə azaltdığını bildirib:

"Ölkəmizdə 800 min ton pomidor istehsal edirik. İstehsal həcmini təqribən daha yarım milyon ton artırmalıyıq. İdxalla bağlı qadağa hələ 3-5 il qüvvədə qalacaq. Buna görə də Türkiyədən pomidor alışından söhbət gedə bilməz".

BAKU.WS

Son xəbərlər