Yük maşınları Rusiya ilə sərhəddə qaldı: 100 tondan artıq pomidor xarab olur - VİDEO

Yük maşınları Rusiya ilə sərhəddə qaldı: 100 tondan artıq pomidor xarab olur - VİDEO
Video
Sosial 4096
 

Azərbaycan-Rusiya sərhədində yük maşınlarının Rusiya tərəfə buraxılmaması problemi hələ də davam edir.

BAKU.WS Xezerxeber.az-a istinadən məlumat verir ki, 100 tondan artıq pomidor xarab olma təhlükəsi ilə üz-üzə qalıb. Məlum olub ki, Rusiya ərazisində 20-dən çox yük dolu avtomobil bazarlara buraxılmayıb.

Rusiya bazarlarına kənd təsərrüfatı malları aparan azərbaycanlı fermerlər Moskvadan gələcək ekspertizanın cavabını gözləyirlər. Xaçmaz Gömrük İdarəsinin Samur gömrük keçid məntəqəsinin rəis müavini Cavid Nadirov yaranmış problemin həlli istiqamətində qonşu ölkənin aidiyyatı qurumları ilə müzakirələr aparıldığını bildirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Arzu Mirzəyeva

BAKU.WS

Oxşar xəbərlər

Bir milyonun ölkədən çıxarılmasının qarşısı alındı

Bir milyonun ölkədən çıxarılmasının qarşısı alındı

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun piyada keçid xətti ilə Rusiya Federasiyası istiqamətinə gedən iki nəfər Azərbaycan Respublikası vətəndaşının hə...

2769 Hadisə 13:53 07 yanvar 2017

Son xəbərlər