Rusiya ilə razılıq əldə olundu

Rusiya ilə razılıq əldə olundu
İqtisadiyyat 1239

Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixracı zamanı yaranan problemlərin aradan qaldırılmasına dair iki ölkənin gömrük xidmətləri arasında razılıq əldə olunub.

Bu barədə BAKU.WS-ə Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən məlumat  verilib. 

Məlumata görə, sön dövrlərdə azərbaycanlı fermervə sahibkarların Rusiya Federasiyasına göndərdikləri kənd təsərrüfatı məhsullarının müxtəlif səbəblərdən geri qaytarılması vəya sərhəddə saxlanılması halları müşahidə olunub. Qonşu ölkənin müvafiq orqanları hərəkətlərinə haqq qazandırmaq üçün azərbaycanlı fermerlərə malların sənədlərində mənşə ölkəsinin düzgün qeyd olunmadığını bildirir. Nəticədə isə qonşu ölkəyə ixrac olunan kənd təsərrüfatı malları ya geri qaytarılır, ya da uzun müddət sərhəddə yubadıldığı üçün məhsul keyfiyyətini itirir. 

Dövlət Gömrük Komitəsi rəhbərliyinin, şəxsən Komitə sədri Aydın Əliyevin Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyi ilə apardığı müzakirələrdən sonra məsələnin həlli istiqamətində razılıq əldə olunub. Razılığa əsasən qisa zaman kəsiyində Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının maneəsiz olaraq Rusiya Federasiyasına göndərilməsi tam təmin olunacaq.

BAKU.WS

Son xəbərlər