Gömrük Komitəsi əhaliyə heyvan kartofu yedirdilməsi iddiasına aydınlıq gətirdi (RƏSMİ)

Gömrük Komitəsi əhaliyə heyvan kartofu yedirdilməsi iddiasına aydınlıq gətirdi (RƏSMİ)
Sosial 1682

 

Son günlər bir sıra kütləvi informasiya vasitələrində texniki təyinatlı və heyvandarlıqda yem kimi istifadə olunan kartof, buğda  məhsullarının ölkəyə gətirilməsi və qida məhsulu kimi əhaliyə satılması barədə məlumatlar yayılır. Yayılan məlumatlarda o da vurğulanır ki, bu məhsullar qanunvericilikdə nəzərdə tutulan sertifikatlar və müvafiq sənədlər olmadan idxal olunur. 

Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə bildirilir ki, səsləndirilən bu kimi fikirlərin heç bir əsası yoxdur. Belə ki, ölkəyə idxal olunan bütün ərzaq məhsulları qanunvericiliklə müəyyən edilən sertifikatlar və müvafiq mal müşayiət sənədləri ilə təmin olunur. Bu qəbildən olan malları gömrük sərhədindən keçirilmək istəyən fiziki və hüquqi şəxslər Kənd Təsərrüfatı Nazirliyinin idxal karantin icazə məktubunu, Səhiyyə Nazirliyinin gigiyenik sertifikatını gömrük orqanına təqdim edir, daha sonra isə gömrük-sərhəd buraxılış məntəqəsində bitki  karantin xidməti şöbəsinin əməkdaşları mallara vizual baxış keçirir.

Onu da qeyd edək ki, gigiyenik sertifikat idxal olunması nəzərdə tutulan məhsullar labarator müayinədən keçirildikdən sonra verilir.  Əks halda sənədləri qanunvericiliyin tələblərinə cavab verməyən istənilən mal ölkə ərazisinə buraxılmır. 

BAKU.WS

Son xəbərlər