Bir milyonun ölkədən çıxarılmasının qarşısı alındı

Bir milyonun ölkədən çıxarılmasının qarşısı alındı
Hadisə 2769

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun piyada keçid xətti ilə Rusiya Federasiyası istiqamətinə gedən iki nəfər Azərbaycan Respublikası vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün üzərlərində şəxsi yoxlama aparılıb. 

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama nəticəsində onların hər birinin üzərindən əynindəki gödəkcənin cibindən və hər iki ayağında olan ayaqqabılarının içindən şəffaf ağ rəngli polietilen paketə bükülü şəkildə 1 milyon 200 min Rusiya rublu aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Son xəbərlər