Yerli pomidorun Azərbaycanda baha, Rusiyada ucuz satılmasına RƏSMİ MÜNASİBƏT

Yerli pomidorun Azərbaycanda baha, Rusiyada ucuz satılmasına RƏSMİ MÜNASİBƏT
Sosial 2268
 

Kənd Tərrüfatı Nazirliyi Bakıda 1kq-ı 3 manat 50 qəpiyəolan pomidorun Rusiyada 50 qəpiyə satılması xəbərinə münasibət bildirib.

BAKU.WS-in xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İslahatlar, Kənd Ərazilərinin və Sahibkarlığın İnkişafı şöbəsinin müdiri Firdovsi Fikrətzadə Unikal.org-a bildirib ki, son iki ay ərzində (yanvar-fevral) Azərbaycandan Rusiyaya 8800 ton pomidor ixrac olunub: "İxrac olunan bu pomidordan 9.8 milyon dollar gəlir əldə etmişik. Bu isə o deməkdir ki, pomidorun 1 kilqoramı 1.12 dollar və ya bizim indiki kursla 2 manata satılıb. Hələ bu iki manata nə gömrük vergisi, nə dək marketinq xərcləri daxildir. Ümumilikdə 40 faiz əsas məbləğin üzərinə gəldikdə, Azərbaycan pomidorunun Rusiya bazarında topdan satış qiyməti 2 manat 75 qəpikdən aşağı ola bilməz. Çünki bizim daxili bazarda da pomidorun topdan satış qiyməti 2 manat 50 qəpik təşkil edir”.

Nazirlik rəsmisi həmçinin vurğulayıb ki, Türkiyədən min ton pomidor Azərbaycana idxal olunub: "Qardaş ölkədən aldığımız pomidora görə 34 min dollar vəsait ödənilib: "Bu o deməkdir ki, Türkiyədən Azərbaycana gətirilən pomidorun qiyməti 58 sent və ya 1 manata başa gəlib. Bu o deməkdir ki, bu məhsul Azərbaycan pomidorundan iki dəfə ucuz idxal olunub. Azərbaycan pomidorunun keyfiyyəti digər ölkələrə nisbətən yaxşı olması qiymətlərə də öz təsirini göstərir”.

Arzu Mirzəyeva

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan pomidoru: Bakıda 3 manat 50 qəpiyə, Rusiyada cəmi 50 qəpiyə?

Azərbaycan pomidoru: Bakıda 3 manat 50 qəpiyə, Rusiyada cəmi 50 qəpiyə?

Bu günlərdə sosial şəbəkələrin rus seqmentində istifadəçilərdən biri Sankt-Peterburq bazarlarından birindən çəkilmiş fotoları paylaşıb. Həmin fotolara əsasən ba...

10979 İqtisadiyyat 21:57 16 mart 2017

Son xəbərlər