Rüştü evə buraxıldı

Rüştü evə buraxıldı
Sosial 130

Koronavirusa yoluxan Türkiyə millisinin sabiq qapıçısı Rüştü Reçberin səhhətində irəliləyiş müşahidə olunur.

BAKU.WS NTV Spor-a istinadən xəbər verir ki, 28 martda xəstəxanaya yerləşdirilən Rüştü müalicəsinin 10-cu günündə evə buraxılıb.

O, müalicəsini evdə davam etdirəcək.

Qeyd edək ki, Rüştü karyerası ərzində "Fənərbağça", "Beşiktaş" və "Barselona" kimi klubların formasını geyinib. Hazırda Türkiyə Futbol Federasiyasında Futbolun inkişafı koordinatoru vəzifəsində çalışır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər