Qonşu ölkələrdə COVID-19-a yoluxan və sağalanlar - CƏDVƏL
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, Çinin Uhan şəhərində yaranan və sürətlə dünyaya yayılan koronavirus pandemiyasına 150-dən çox ölkədə rast gəlinib və bu günə kimi 34 mindən çox insan virusdan həyatını itirib.
BAKU.WS xəbər verir ki, Azərbaycanda bu virus daşıyıcılarının ümumi sayı 209 nəfər təşkil edib.
Koronavirusla bağlı ən qorxulu vəziyyət isə qonşu İranda müşahidə olunur. İranda COVID-2019 virusuna yoluxanların sayı 41 min nəfəri keçib.
Digər qonşu ölkələrdən Türkiyədə 9217, Rusiyada 1836, Ermənistanda 482, Qazaxıstanda 294, Gürcüstanda isə 98 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.
ÖLKƏLƏR | YOLUXAN | ÖLƏN | SAĞALAN |
Azərbaycan | 209 | 4 | 15 |
İran | 41,495 | 2,757 | 13,911 |
Türkiyə | 9,217 | 131 | 105 |
Rusiya | 1,836 | 9 | 66 |
Ermənistan | 482 | 3 | 30 |
Qazaxıstan | 294 | 1 | 20 |
Gürcüstan | 98 | 18 | |
Dünya | 734,953 | 34,781 | 155,950 |
Koronavirusdan qorunmaq və xəstəliyin yayılmasının qarşısını bu yolla almaq olar: Hər kəs üçün fərdi qorunma qaydaları - aşağıdakı qaydalara riayət etməklə sağlamlığınızı və başqalarının sağlamlığını qoruya bilərsiniz.
- Əllərinizə mütəmadi spirt əsaslı məhsullar vurun və ya sabunla yuyun. Əllərin səthində hər hansı virus varsa, spirt tərkibli məhluldan istifadə və ya sabunla yumaq onu öldürəcək.
- Öskürən və ya asqıran insanlardan ən azı bir metr məsafədə dayanın. Burun və ya ağızdan öskürək və ya asqırma zamanı virusun ən kiçik damcıları ətrafa yayılır. Belə bir insana çox yaxın olmaq bu damcılar vasitəsilə virusa yoluxmağa səbəb ola bilər.
- Mümkün qədər əllərinizlə gözləriniz, burnunuz və ağzınıza toxunmayın. Əllər bir çox səthə toxunur və virus onlara çata bilər. Əllərdə olan virus isə göz, burun və ya ağıza düşə bilər. Bədənin bu hissələrindən virus orqanizmə daxil ola bilər və xəstəlik yarana bilər.
- Hər bir şəxs tənəffüs gigiyena qaydalarına ciddi əməl etməlidir. Bunu etmək üçün öskürəndə və ya asqıranda ağzınızı və ya burnunuzu dirsək bükümünüzlə tutun və ya salfet ilə ağzınızı örtün. Salfetlərdən istifadə də ətrafa virusun yayılmasının qarşısını ala bilər. Virus kiçik damcılarla ötürülür. Tənəffüs gigiyena qaydalarına ciddi əməl edərək başqalarını SARS, qrip və COVID-19 kimi virus xəstəliklərindən qoruya bilərsiniz.
- Özünüzü pis hiss edirsinizsə, evdə qalın. Qızdırma, öskürək və ya nəfəs almaqda çətinlik çəkirsinizsə, ən qısa müddətdə həkimə müraciət edin. Yerli sağlamlıq idarənizin göstərişlərinə əməl edin. Bu yolla özünüz barədə tibbi müəssisələri məlumatlandırır və kritik durum zamanı müdaxilənin əsasını qoyursunuz.
Koronavirus əlamətləri hiss etdikdə bunu MÜTLƏQ EDİN
Azərbaycanda koronavirusa yoluxan şəxs ilk olaraq təcili yardımın 103 xidmətinə zəng etməlidir. Daha sonra ev daxilindədirsə, ayrıca otağa keçib ailə üzvlərini yaxına qoymamalı, ağzına maska və ya sadəcə dəsmal bağlamalı, əgər çölə çıxa bilirsə, açıq havaya və geniş sahəyə çıxaraq təcili yardımı gözləməlidir. Təcili yardım onu Bakıda koronavirus müalicəsi üçün ayrılmış xüsusi klinikalara transfer edəcək, həmin yerdə lazımi analizlər aparılacaq. Cavablar neqativ çıxsa da, yəni sizdə koronavirus aşkarlanmasa da, 7 gün karantin müddətində həkim nəzarətində qalmalısınız.
Oxşar xəbərlər
COVID-19-dan sağalanlar: SON RƏQƏMLƏR - CƏDVƏL
Çində yaranan və dünyanın əksər ölkələrinə yayılan koronavirus xəstəliyinə (COVID-19) bu günə kimi 678 mindən çox insan yoluxub. BAKU.WS xəbər verir ki, virusa...