Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir
Bu gün Türkiyə Respublikasının qurulmasının 102 illiyidir.
1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib.
İki il sonra - 1925-ci ildə 29 oktyabrın türk dövlətinin yaranması günü kimi qeyd olması barədə qanun qəbul olunub.
Birinci Dünya müharibəsində Osmanlı İmperiyası məğlubiyyətə uğrayandan sonra ərazisi işğala məruz qaldı. Həmin vaxt Mustafa Kamal Atatürkün başçılıq etdiyi hərəkatın mübarizəsi 1923-cü ildə milli qüvvələrin qələbəsi ilə başa çatıb.
1923-cü ildən Türkiyədə parlament üsul idarəsi dövlət idarəetmə forması mövcud idi. Ölkə 2018-ci ildən prezident üsul-idarəsinə keçib.
Türkiyənin ilk Prezidenti Mustafa Kamal Atatürk (1923-1938) olub.
Hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Onun sədri olduğu Ədalət və İnkişaf Partiyası ilk dəfə 2002-ci ildə parlament seçkilərində qalib gəlib. Həmin dövrdən Türkiyənin hakim partiyasıdır.
Bu gün Türkiyə bir çox beynəlxalq təşkilatların, o cümlədən NATO-nun üzvü, dünyada əsas siyasi aktorlarından biridir. Ankara, həmçinin türk dövlətləri arasında inteqrasiyanın güclənməsində mühüm oynayır. Bu, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) daxilindəki fəaliyyətdə özünü göstərir.
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: Ermənistan azərbaycanlıların geri qayıtmasının qaçılmazlığını anlayır
"Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb. BAKU.WS xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı "B...