Azərbaycanda yeni LAYİHƏ - 1 milyon manatdan çox...
Azərbaycanın mərkəzi bölgəsində yerləşən Yevlax şəhərinin baş planı hazırlanacaq.
BAKU.WS-in əldə etdiyi məlumata görə, bu layihəni Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək.
Məqsəd Yevlax şəhərinin müasir urbanizasiya tələblərinə uyğun şəkildə yenidən planlaşdırılması, əhalinin sosial-iqtisadi ehtiyaclarına cavab verən infrastrukturun formalaşdırılması və şəhərin davamlı inkişaf istiqamətlərinin müəyyən edilməsidir.
Layihənin ehtimal olunan dəyəri 1 097 842,50 manat təşkil edir. Bu, Yevlaxın gələcək inkişaf strategiyasını müəyyənləşdirəcək və şəhərin daha planlı, funksional və ekoloji baxımdan dayanıqlı formada formalaşmasına zəmin yaradacaq. Baş plan çərçivəsində yaşayış massivlərinin yerləşməsi, ictimai nəqliyyat marşrutları, yaşıllıq zonaları, sənaye sahələri və sosial obyektlərin koordinasiyalı şəkildə planlaşdırılması təmin ediləcək.
Qeyd edək ki, Yevlax şəhərində müasir şəhərsalma prinsiplərinə əsaslanan yeni yaşayış məkanları, rahat nəqliyyat infrastrukturu və estetik şəhər görünüşü formalaşacaq. Bu, həm də regionun investisiya cəlbediciliyini artıracaq və uzunmüddətli sosial-iqtisadi inkişaf üçün əsas yaradacaq.
Oxşar xəbərlər
Pis niyyətli olmaqda ad çıxaran 4 BÜRC
Astroloqlar bəzi bürclərin hadisələrə daim mənfi tərəfdən yanaşdığını və ətrafdakı insanlara qarşı gizli niyyətlər daşıdığını bildirirlər. BAKU.WS xəbər verir...