Metro ilə gedib-gələn tələbələrə ŞAD XƏBƏR
Sosial şəbəkə hesablarında Bakı Metropolitenində ilk dəfə olaraq tələbə kartlar ilə təmassız ödəniş sistemi test rejimində istifdəyə verilməsi ilə bağlı xəbər paylaşılıb.
BAKU.WS xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Bakı Metropoliteninə sorğu ünvanlayıb.
Bildirilib ki, Bakı metropolitenində ilk dəfə olaraq sərnişinlərin gediş haqqını bank kartları ilə təmassız şəkildə ödəmək sistemi test rejimində istifadəyə verilib:
"Hazırda layihə BakıKART və Bakı Metropoliteni tərəfindən pilot versiyada həyata keçirilir və ilkin mərhələdə sınaq prosesi "Kapital Bank"a məxsus tələbə kartları üzərindən aparılır.Yeni layihəni sınaqdan keçirmək imkanı Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinə verilərək aşağıdakılar nəzərə çatdırılıb:
Pilot mərhələdə hər hansı texniki problem yaranarsa, digər ödəniş üsullarından (məsələn, BakıKart vasitəsilə) istifadə edin.Balansı olmayan kartlardan istifadə zamanı kart bloklana bilər, buna görə də yalnız balanslı kartlardan istifadə etməyiniz tövsiyə olunur.Keçid zamanı problem və ya sual yaranarsa, [email protected] ünvanına və ya Bakı Metropoliteninin rəsmi sosial media hesablarına müraciət edə bilərsiniz",-deyə qeyd edilib.
Oxşar xəbərlər
Azərbaycanda müəllimlərin neçə faizi kişilərdir? - RƏSMİ CAVAB
Azərbaycanda təhsil sistemində fəaliyyət göstərən müəllimlərin say tərkibi, sektorlar üzrə paylanması və demoqrafik göstəriciləri təhsilin keyfiyyətinə birbaşa...