Türkiyədə 6,1 maqnitudalı zəlzələ – Üç bina uçub, 22 nəfər xəsarət alıb
Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələdən sonra 102 afterşok qeydə alınıb.
Bu rəqəm Türkiyənin Boğaziçi Universitetinin Kandilli Rəsədxanasının saytında öz əksini tapıb.
Belə ki, 27 oktyabrda Türkiyə saatı ilə 22:48-də baş vermiş zəlzələdən sonra 28 oktyabr saat 3:38-ə olan məlumata əsasən, 102 təkrar təkan yaşanıb. Onlardan ən güclüsü 4,3 maqnitudada olub. Son qeydə alınan yeraltı təkanın maqnitudası isə 3,5 olub.
Xatırladaq ki, Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib. Məlumata görə, zəlzələ nəticəsində üç bina və bir mağaza uçub, 22 nəfər xəsarət alıb.
Balıkesir'in Sındırgı ilçesinde meydana gelen depremde bazı binalar yıkıldı, elektrikler kesildi
— Ramazan Selimoğlu (@selimoluramzn) October 27, 2025
Umarız can kaybı yaşanmaz #deprem #sallandık #Sondakika pic.twitter.com/WSEbuJ9CJ0
Oxşar xəbərlər
Tramp Pekinə rəsmi səfərə yollanıb
ABŞ Prezidenti Donald Tramp Çinə rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində onu ABŞ administrasiyasının bir sıra yüksək vəzifəli nümayəndələri müşayiət edir....