İlham Əliyev: Azərbaycan qardaş Türkiyənin hər bir uğuruna sevinir və bundan fərəhlənir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidentik Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasət nəticəsində bu gün Türkiyənin bütün sahələrdə yeni zirvələr fəth etdiyini bəyan edib.
Bu barədə Azərbaycan Prezidentinin türkiyəli həmkarına Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə göndərdiyi təbrik məktubunda deyilir:
"Sizin həyata keçirdiyiniz uzaqgörən və qətiyyətli siyasət nəticəsində bu gün Türkiyə bütün sahələrdə yeni zirvələr fəth edir, böyük uğurlara imza atır, beynəlxalq məsələlərdə söz sahibi olan güclü və qüdrətli dövlət kimi tanınır. Qlobal aləmdə və regionda cərəyan edən proseslərdə fəal və prinsipial mövqeyi, sülhün, sabitliyin bərqərar olması üçün səyləri Türkiyəyə dünyada böyük nüfuz və etimad qazandırmışdır. Biz qardaş ölkənin hər bir uğuruna sevinir və bundan fərəhlənirik".
Dövlət başçısı möhkəm təməllər üzərində qurulmuş və zamanın sınağından çıxmış qardaşlıq münasibətləri və səmərəli əməkdaşlıq iki xalqın iradəsinə uyğun olaraq daha da genişləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərin bundan sonra da müvəffəqiyyətlə davam etdiriləcəyinə əmin olduğunu bildirib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...