Keçmiş vəkil Zabil Qəhrəmanovun apellyasiya şikayəti təmin edilməyib
Gəncə Apellyasiya Məhkəməsində hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçmiş vəkil Zabil Qəhrəmanovun şikayəti əsasında məhkəmə prosesi olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, prosesdə Zabil Qəhrəmanovun apellyasiya şikayəti təmin olunmayıb və Gəncə şəhər Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, Zabil Qəhrəmanov oktyabrın 23-də polis əməkdaşları tərəfindən saxlanılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs edilib. Ona Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
İsmayıllıda toyda 30-dan çox şəxs NƏDƏN ZƏHƏRLƏNİB? - AÇIQLANDI
İsmayıllı rayonu, Hacıhətəmli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barəd...