Rövşən Nəcəf Dünya Korporativ Oyunlarının qalibi olan komanda ilə görüşüb
SOCAR-ın prezidenti Rövşən Nəcəf Mərakeş Krallığının Kasablanka şəhərində keçirilən III Dünya Korporativ Oyunlarında tarixi uğura imza ataraq turnirin qalibi olan SOCAR-ın minifutbol komandası ilə görüşüb.
BAKU.WS xəbər verir ki, Görüş zamanı Rövşən Nəcəf III Dünya Korporativ Oyunlarında ölkəmizi layiqincə təmsil edən komanda üzvlərini qələbə münasibətilə təbrik edib.
SOCAR prezidenti 54 komandanın iştirak etdiyi turniri məğlubiyyətsiz başa vuraraq Dünya Korporativ Oyunlarının vahid liqa formatında qalibi olan, ilk Azərbaycan komandası kimi tarixə düşən SOCAR komandasının nəticəsini yüksək qiymətləndirib.
Rövşən Nəcəf bu uğurun peşəkarlığın, intizamlı oyunun, əzmkarlığın və güclü komanda ruhunun parlaq nümunəsi olduğunu vurğulayıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - Yeni layihə hazırlanır
Bakının 10 rayonunda yerləşən lift, eskalator və travelatorların əsaslı təmiri və dəyişdirilməsi ilə bağlı layihə-smeta sənədləri hazırlanacaq. BAKU.WS-in məlum...