Ramil Usubov sabiq icra başçısının oğlunu rəis təyin etdi

Ramil Usubov sabiq icra başçısının oğlunu rəis təyin etdi
Sosial 2110
 

Nizami RPİ 25-ci PB-nin baş təhqiqatçısı Səlim Səlimov Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi vəzifəsinə təyin edilib. 

BAKU.WS politika.az-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Ramil Usubov bir neçə gün öncə əmr imzalayıb.

Qeyd edək ki, S.Səlimov bir neçə il öncə daxili işlər orqanlarından öz ərizəsi ilə uzaqlaşmışdı. Lakin ötən ilin fevralında nazir Ramil Usubova raport yazaraq polis sıralarına qayıtmaq istəməsi barədə müraciət edib.

Müraciətə baxılaraq müsbət cavab verilib. Bundan sonra keçmiş rəis müavini olan Səlim Səlimov müvafiq əmrlə Nizami RPİ 25-ci PB-yə baş təhqiqatçı vəzifəsinə təyin olunub.

Xatırladaq ki, S.Səlimov Laçın rayonunun sabiq icra başçısı Akif Səlimovun oğludur. A.Səlimov 3 mart 2016-cı il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunub. 

BAKU.WS

Oxşar xəbərlər

Ramil Usubovdan yeni rəis təyinatları

Ramil Usubovdan yeni rəis təyinatları

Daxili işlər orqanlarında yeni təyinat olub. BAKU.WS-in APA-ya istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə...

3 Siyasət 11:17 23 mart 2016

Son xəbərlər