Ramil Usubov icra başçısının rəis oğlunun yerini dəyişdi
07
iyn
2019
11:07
Bakıda iki polis rəisi dəyişdirilib.BAKU.WS Report-a istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Bayram İslamov işdən çıxarılıb. O, Səbail RPİ-nin 8-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.21-ci Polis Bölməsinin rəisi vəzifəsinə isə Səbail RPİ-nin 8-ci Polis Bölməsinin rəisi, polis polkovnik leytenantı Rəşad Əhmədzadə təyin edilib.Qeyd edək ki, R.Əhmədzadə Zaqatala Rayon İcra Hakimiyyətinun başçısı Mübariz Əhmədzadənin oğlu, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı oğludur.B.İslamov isə Xəzər Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Gülağa Bayramovun oğludur.
Oxşar xəbərlər
İki rayon polis şöbəsində kadr dəyişiklikləri olub
Goranboy rayon Polis şöbəsində kadr dəyişiklikləri olub.BAKU.WS-in Report-a istinadən məlumatına görə, Teymur Əfəndiyev Goranboy rayon Polis şöbəsinin rəisi, po...