Nazirin qardaşı oğluna rəis vəzifəsi verildi
04
sen
2017
17:15
Bakının dörd rayonuna yeni polis rəisləri təyin olunub.“Report”un məlumatına görə, polis polkovnik-leytenantı Emin Çələbiyev Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsinin, polis polkovnik-leytenantı Eldar Qazıbəyov Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin, polis mayoru Elnur Əliyev Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin, polis polkovnik-leytenantı Natiq Camalov isə Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.Qeyd edək ki, Natiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.BAKU.WS
Oxşar xəbərlər
Nazir iki polis bölməsinin rəisini işdən çıxardı
Bakıda iki polis bölməsinin rəisi vəzifələrindən azad olunub. "Report”un məlumatına görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi, polis-p...