Qurban Qurbanov: "Qarabağ"ın futbolçularının bu torpaqlara gəlmək borcudur"
"Qarabağ"ın futbolçularının bu torpaqlara gəlmək və yerli sakinlərlə birgə vaxt keçirmək borcudur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O, Ağdam təmsilçisinin futbolçularının məşqçi heyəti və rəsmilərinin işğaldan azad olunmuş bölgələrdə yerli sakinlərə görüşündən danışıb:
"Belə bir səfəri reallaşdırmağı çoxdan arzulayırdıq. Bu günə qismət imiş. Çox xoş təəssuratlar yaşadıq. Bəzi yerləri görməmişdik, sadəcə eşitmişdik. Artıq bu barədə də məlumatımız oldu. Işğaldan azad olunmuş torpaqlarda işlər surətdə davam edir. Əvvəllər bu şəhərləri görmədən sevirdik. İndi görərək sevirik. Bəzi legionerlər bir dəfə artıq bu torpaqlarda olublar. "Qarabağ" futbolçularımın borcudur bu torpaqlara gəlmək və yerli sakinlərlə birgə vaxt keçirmək. Təəssüf ki, çox zamanımız olmur. Çünki bizi qarşıda UEFA Çempionlar Liqasının görüşləri gözləyir. Əsas odur ki, azarkeşlərimizlə yerində görüşdük. Onların sevgisini hiss edirik"
Oxşar xəbərlər
Bakının premium ərazilərində torpaq: 1 sot 2 milyon manata satılır
"Bakıda torpaq sahələri, xüsusilə şəhərin mərkəzi və premium ərazilərində olduqca məhdud sayda mövcuddur və açıq bazarda demək olar ki, nadir hallarda rast gəli...