Qarabağın bu bölgəsində fərdi evlər TİKİLƏCƏK - 49,6 milyonluq LAYİHƏ
Yeniliklərdən dərhal xəbərdar olun
Laçın rayonunun Qorçu qəsəbəsində fərdi yaşayış evlərinin tikintisi ilə bağlı irimiqyaslı layihəyə başlanılır.
BAKU.WS-in məlumatına görə, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən həyata keçiriləcək layihənin ehtimal olunan dəyəri 49 milyon 595 min manat təşkil edir.
Qorçu qəsəbəsinin tikintisi (I mərhələ) (Fərdi yaşayış evləri) layihəsi çərçivəsində fərdi yaşayış evlərinin inşası ilə yanaşı, ərazidə ilkin tikinti və torpaq işlərinin aparılması nəzərdə tutulur.
Layihənin həyata keçirilməsi ilə Qorçu qəsəbəsində yeni fərdi yaşayış fondunun yaradılması və ərazinin yaşayış üçün hazırlanması istiqamətində işlərin aparılması planlaşdırılır.
Oxşar xəbərlər
Gəncədə binada köməksiz qalan uşaq xilas edildi
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində yerləşən yaşayış binasında azyaşlının mənzildə bağlı qapı...