Qarabağa köçənlərə əkin-biçin torpağı verilir?..

"İşğaldan azad olunmuş ərazilərdə məşğulluğun təmin edilməsi əsas prioritet məsələlərdəndir"
BAKU.WS xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildrib ki, işğaldan azad edilən bəzi rayonlarda sənaye sektoruna daha çox üstünlük verilir:
"Məsələn, Ağdam rayonun sənaye mərkəzi olması gözlənilir. Bəzi bölgələrdə qarışıq məşğulluğun təmin edilməsi nəzərdə tutulur. Məsələn, Füzulidə həm kənd təsərrüfatı, həm də sənayenin inkişaf etdirilməsi planlaşdırılıb. Bir sıra azad olunan rayonlarımızda aqrar, eləcə də da turizm sahəsinə daha çox önəm verilməsi nəzərdə tutulur. Bu istiqamətlərdə işlər gedir".
Müsahibimizin sözlərinə görə, əldə olan statistika göstərir ki, Qarabağa qayıdan keçmiş məcburi köçkünlərdən təsərrüfatla məşğul olanlar var:
"Bura həm maldarlıq, həm də əkinçilik sahələri daxildir. Eyni zamanda iqtisadiyatın digər sahələrinə də keçmiş məcburi köçkünlər tərəfindən sərmayə qoyuluşu həyata keçirilir. Bu istiqamətdə qanunvericilik də təkmilləşib. Yeni qəbul edilmiş qanunvericiliyə əsasən, məcburi köçkünlər azad edilmiş ərazilərdə torpaq sahələri götürərək kənd təsərrüfatı ilə məşğul olmaq istəyirlərsə, həmin torpaqlar vətəndaşlarımıza təqdim olunacaq. Məcburi köçkün olmayan vətəndaşlarımız isə hərraclar, investisiya müsabiqələri vasitəsilə torpaqlardan istifadə edə biləcək. O baxımdan keçmiş məcburi köçkünlər üçün bu istiqamətdə ciddi güzəştlər var.
Ümumiyyətlə, torpaqların istifadəsi ilə bağlı konsepsiya hazırlandıqdan sonra daha çox torpaq sahələrinin orada məskunlaşan vətəndaşlarımız tərəfindən istifadə imkanları mümkün olacaq. Hazırda iqtisadiyyatın fərqli sektorları üzrə təsərrüfatların qurulması və məşğulluğun təmin edilməsi istiqamətində işlər intensiv şəkildə aparılır".
Oxşar xəbərlər
Bayram vaxtı bu ərazidə yaşayanlar SUSUZ QALDI
Xırdalan şəhərində su təchizatı müvəqqəti dayandırılıb. Bu barədə BAKU.WS-ə Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib. "Abşeron rayo...
