Prezident: "Dövlət məmurları nalayiq işlərlə məşğul idi" (VİDEO)

Prezident: Dövlət məmurları nalayiq işlərlə məşğul idi (VİDEO)
Video
Sosial 1249

 

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ciddi islahatlar aparılır. Bu islahatların bir məqsədi var. Ehtiyyacı olan insanların problemləri həll olunsun. Ədalət tam şəkildə bərpa olunsun. Əvvəlki illərdə əlillər hər il gəlib ildə bir dəfə sübut etməli idi ki, o əlildir. Ancaq son islahatlar nəticəsində vəziyyət tam dəyişib".

BAKU.WS-in məlumatına görə, bunu prezident İlham Əliyev Bakıda gözdən əlil insanlar üçün inşa olunmuş yeni yaşayış binasının açılışı zamanı bildirib. Dövlət başçısının sözlərinə görə, bəzi hallarda əlil olmayan insanlar əlillik dərəcəsi almaq üçün müxtəlif işlərlə məşğul idi: "Bunlar dözülməz haldır. Burada dövlət məmurları da nalayiq işlərlə məşğul idi. Bu sahədə ciddi nəzarət olmalıdır, qayda-qanun yaradılmalıdır".

Prezident bildirib ki, indi bizim iqtisadi vəziyyətimiz əvvəlki illərdəki kimi deyil: "Təbii ki, neftin qiymətinin üç dəfə aşağı düşməsi bizim gəlirlərimizə təsir edib. Büdcə xərcləri, büdcə gəlirləri azalıb. Bu təbii vəziyyətdir. Çünki, dünyada gedən proseslər artıq bizə də təsir etməyə başladı və neftlə zəngin olan ölkələrin demək olar ki, əksəriyyəti eyni vəziyyətlə üzləşib. Ancaq bununla bərabər Azərbaycanda iqtsiadi sabitlik təmin edilir. İqtisadi inkişa təmin edilir. Sosial məsələlər öz həllini tapır. 2015-ci ildə bir dənə də olsun ixtisar olmayacaq. Dövlət qurumları daha da səmərəli işləməlidir. Gələn il və bundan sonraki illərdə siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları dayanacaq". 

BAKU.WS

Son xəbərlər