Pensiyalar nə qədər artacaq?

Fevral ayından etibarən ölkədə ən aşağı pensiya 320 manat olacaq.
BAKU.WS Xəzər TV-yə istinadən bildirir ki, hansı pensiya növündə nə qədər artım olacağı ilə bağlı sullara aydınlıq gətirən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, gələn aydan həm minimum pensiya artırılacaq, həm də əmək pensiyaları indeksləşdiriləcək.
Ekspertin sözlərinə görə, əmək pensiyalarının indeksləşdirilməsi isə "Əmək pensiyaları" haqqında Qanuna əsasən həyata keçirilir. Proses bütün növ əmək pensiyalarına şamil olunur. Beləliklə, hər il vətəndaşın pensiya növündən asılı olmayaraq pensiya məbləğinə artım hesablanacaq.
Bir sözlə, minimum pensiya alanlarda artım 14.3 faiz, digər məbləğ əmək pensiyası alanlarda isə indeksləşdirmə ilə artım 8 faiz olacaq. Gələn aydan minimum pensiya 320 manat olduğu üçün aşağı pensiya alanlarda bu meyar nəzərə alınacaq.
Daha ətraflı videomaterialı təqdim edirik.
Oxşar xəbərlər
Qubanın bir kəndində elektrik dirəkləri və xətləri yararsız vəziyyətə düşüb: "Çürüyüb, dəfələrlə aşıb"
Quba rayonunun Qəcərzeyid kəndində elektrik dirəkləri və xətləri yararsız vəziyyətə düşüb. Kənd sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək məsələ ilə...
