Paytaxtın ən böyük prospektlərindən birində avtomobillərin hərəkəti dəyişdirilir (FOTO)
Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində avtonəqliyyat vasitələrinin hərəkətində dəyişiklik ediləcək.
"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, "Ağ şəhər” layihəsi çərçivəsində yenidən qurulan Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişdiyi ərazidə hərəkət ikifazalı rejimdə svetaforla nizamlanacaq.
Bundan başqa Nobel prospektində hər iki istiqamətdə geri dönmə yerlərinin açılması da nəzərdə tutulub. Geri dönmə hissələr kəsişmədən üzü Zığ istiqamətində 590 metrdən sonra, şəhər istiqamətində isə 380 metrdən sonra, Afiyəddin Cəlilov küçəsinin kəsişməsində yaradılacaq.
Qeyd edək ki, hərəkətin təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi və gələcəkdə yarana biləcək tıxacların aradan qaldırılması məqsədi ilə sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətinin bu cür təşkil olunması "Azəravtoyol” ASC-nin, DİN-nin BDYPİ-nin, BŞİH-nin və Nazirlər Kabineti yanında BNA-nin birgə razılığına əsasən gəlinib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Bu yoldan istifadə edən sürücülərin nəzərinə (FOTO, VİDEO)
"Ağ şəhər" avtomobil yollarının infrastruktur layihəsi” çərçivəsində Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin və Süleyman Vəzirov küçəsinin kəsişmələrində...