Parada hazırlıqla bağlı Bakının bu yolları bağlanır
19
iyn
2018
11:47
26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə keçiriləcək hərbi paradın təlim-məşqlərinə hazırlıq məqsədilə paytaxtın bəzi yerlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.O bildirib ki, təlim-məşqlə əlaqədar olaraq iyunun 24-dən etibarən paytaxtın Neftçilər prospekti boyu Azadlıq meydanı istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Yəni avtomobillərin hərəkəti Üzeyir Hacıbəyov küçəsi ilə hərəkətin əksinə olaraq Cavanşir körpüsündən keçməklə Yusif Səfərov küçəsi istiqamətinə müəyyənləşdirilir.Həmçinin Azadlq prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən hərəkət yalnız sağa - Rəşid Behbudov küçəsi istiqamətinə, eləcə də Puşkin, Üzeyir Hacıbəyov küçələri kəsişməsindən hərəkət sağa - Azadlıq prospekti istiqamətində, eyni zamanda Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə sola, yəni 28 May küçəsi istiqamətində müəyyənləşdirilir.Sürücülərə qeyd edilən istiqamət üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi və ictimai nəqliyyata üstünlük vermələri tövsiyə olunur.BAKU.WS
Oxşar xəbərlər
"Formula 1"-lə əlaqədar Bakının bu küçələri bağlandı - SİYAHI
"Formula 1" Azərbaycan "Qran-prisi" ilə əlaqədar Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti bu gündən məhdudlaşdırılıb. Bakı şəhər Dövlət Yol Polisi İda...