"Formula 1"-lə əlaqədar Bakının bu küçələri bağlandı - SİYAHI

Formula 1-lə əlaqədar Bakının bu küçələri bağlandı - SİYAHI
Sosial 2368

 

"Formula 1" Azərbaycan "Qran-prisi" ilə əlaqədar Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti bu gündən məhdudlaşdırılıb. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, "Formula 1" yarışları Azadlıq meydanından başlayaraq Puşkin, Xəqani, Bülbül küçələri, Zərifə Əliyeva prospekti, Rəsul Rza küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçəsi, Qoşa Qala qapısı-Gənclər meydanı, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi, Azneft meydanı, Neftçilər prospekti ilə eyni marşrut üzrə nəzərdə tutulduğundan bu istiqamət üzrə avtomobillərin istifadəsinə məhdudiyyət qoyulub.

V. Əsədov həmçinin qeyd edib ki, Bakı-Salyan yolunun 14-cü km-dən, Su Hövzəsi Kompleksindən, Xəqani və Üzeyir Hacıbəyov küçələrinin Rixard Zorge küçəsindən Səməd Vurğun küçəsinədək olan hissələri, Zərifə Əliyeva prospektinin Yusif Məmmədəliyev küçəsinədək olan hissəsi, Rəşid Behbudov küçəsinin Neftçilər prospektindən Nizami küçəsinədək olan hissəsi, Səməd Vurğun küçəsinin Neftçilər prospektindən üzü Üzeyir Hacıbəyov küçəsinədək olan hissəsi, habelə Bülbül prospektinin Neftçilər prospekti ilə Lev Tolstoy küçələri arasındakı hissəsi bu gündən nəqliyyatın hərəkəti üçün bağlıdır. 

Cənub tərəfdən paytaxtın mərkəzinə hərəkət etmək istəyən sürücülərə Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü kənar dairəvi yolla Yasamal rayonundan şəhər istiqamətə hərəkət etmələri tövsiyə edilir.

V. Əsədov bildirib ki, yarışların keçirildiyi ərazi 3 zonaya bölünüb. Həmin zonalarda yaşayan şəxslərin avtomobillərinə xüsusi buraxılış və fərqlənmə nişanları veriləcək. 

Qeyd edək ki, yarışlar iyunun 23-25-də keçiriləcək.

BAKU.WS

Oxşar xəbərlər

Bakının mərkəzinə giriş bağlandı

Bakının mərkəzinə giriş bağlandı

"Formula 1" Azərbaycan "Qran-prisi"nə hazırlıqla əlaqədar paytaxtın Dənizkənarı Bulvar boyu Azneft dairəsindən Neftçilər prospekti ilə Azadlıq meydanı istiqamət...

2692 Sosial 13:28 17 iyun 2017

Son xəbərlər