Mayın 8-də Bakıda hərəkət dayanacaq (ÜNVANLAR)

Mayın 8-də Bakıda hərəkət dayanacaq (ÜNVANLAR)
Sosial 8120
 

Bakı Nəqliyyat Agentliyi (BNA) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) fərdi avtomobil nəqliyyatı vasitələrinin sahiblərinə müraciət edib.

NİİM-dən BAKU.WS-ə verilən məlumata görə, "TOUR d`AZERBAİDJAN" beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar may ayının 8-də səhər saat 09.00-dan 12.00-dək Bakı şəhərində "Azadlıq meydanı - Neftçilər prospekti - Nobel prospekti - Zığ şosesi - Qala yolu - Buzovna - Bilgəh - Zuğulba - Buzovna - Hava limanı şosesi" marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Həmin gün saat 09.00-dan 15.30-dək isə "Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Üzeyir Hacıbəyli küçəsi - Puşkin küçəsi - Azadlıq meydanı - Nefçilər prospekti - İçərişəhərdə Kiçik Qala küçəsi - Qoşa Qala Qapısı - İstiqlaliyyət küçəsi - Sona xanım Vəliyeva küçəsi - Lermontov küçəsi - Teymur Elçin küçəsi - Mehdi Hüseyn küçəsi - Parlament prospekti - H.Cavid prospekti - Landau küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsi - Səməd Vurğun küçəsi - Şəmsi Bədəlbəyli küçəsi - Bülbül prospekti - Üzeyir Hacıbəyli küçəsi - Puşkin küçəsi - Azadlıq meydanı" marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

Göstərilən vaxtda həmin istiqamətlərə alternativ yollardan istifadə olunmasını xahiş edilir.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu gün velosiped yarışına görə bu yollar bağlanacaq - SİYAHI

Bu gün velosiped yarışına görə bu yollar bağlanacaq - SİYAHI

"TOUR d`AZERBAİJAN" beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar paytaxt Bakı da daxil olmaqla ölkənin bəzi rayonlarında bir sıra yollar bağlanacaq....

1863 Sosial 10:06 04 may 2016

Son xəbərlər