Yol polisindən "Formula 1"lə əlaqədar TÖVSİYƏ
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi "Formula 1" yarışının keçirilməsi ilə əlaqədar sürücülərə müraciət edib.
BAKU.WS xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Trend-ə deyib ki, "Formula 1" yarışının keçirilməsi ilə əlaqədar son tamamlama işləri sürətlə aparılır.
V.Əsədov bildirib ki, hazırda paytaxtın "Azneft" dairəsindən Neftçilər prospekti ilə "Azadlıq" dairəsi istiqamətində "Formula 1" yarışının keçirilməsi ilə əlaqədar qoyulmuş maneələrin üzərində müəyyən işlərin aparılması bu ərazidə hərəkətdə olan avtomobillərin intensivliyinə təsir edir:
"Belə ki, həmin ərazidə süni sıxlıq yaranır. Bununla əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi cənub tərəfdən şəhərə doğru hərəkət edən sürücülərə tövsiyə edir ki, bu ərazidə süni sıxlığın yaşanmamasi üçün alternativ yol kimi Bakı-Salyan yolunun 14-cü km-liyindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisi istiqamətinə, yaxud 20-ci sahə dairəsindən dağüstü avtomobil yolu ilə Badamdar qəsəbəsi istiqamətinə, eyni zamanda Bayıl qəsəbəsindən isə Mikayıl Hüseynov küçəsindən hərəkət edərək Teymur Elçin və Parlament prospekti istiqamətinə hərəkət etsinlər. Bakı Şəhər Dövlət Yol Polisi bununla əlaqədar xahiş edir ki, sürücülər həmin ərazilərdə nizamlayıcı qismində olan yol polislərinin göstərdikləri istiqamətlər üzrə hərəkət etməyə üstünlük versinlər".
V.Əsədov deyib ki, qeyd edilənlərlə əlaqədar Bayraq Meydanı, "Dalğa Plaza", eləcə də 20-ci sahədən və Bakı Üzgücülük Arenasının yanından istiqamətlər dəyişdirilib:
"Bu istiqamətlər üzrə hərəkət edən avtmobil sürücüləri unutmasınlar ki, Bakı-Salyan yolunun 14-cü km-liyindən, eyni zamanda 20-ci dairəsindən, Bakı Üzgücülük Arenasının yanından, Bayraq Meydanından və "Dalğa Plaza" kimi tanınan binanın yanından istiqamət dəyişdirilib. Ümumiyyətlə, tovsiyə edirik ki, sürücülər "Formula 1" yarışının keçirilməsi ilə əlaqədar Bakı Halqası üzrə tanınan ərazi üzrə - "Azneft" dairəsi, Neftçilər prospekti, "Azadlıq" meydanı, Puşkin küçəsi, Xaqani, Bülbül, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev, İstiqlaiyyət, Niyazi küçələri boyunca mümkün qədər şəxsi avtomobilərdən az istifadə edilsinlər".
Oxşar xəbərlər
Sürücülərə şad xəbər: yollar açılır
"Formula 1" yarışları ilə əlaqədar Bakının mərkəzi hissəsində bağlanan yolların bir qismi bu gün açılacaq. Bu barədə trend-ə BŞDYPİ-nin İctimai qurumlarla əlaqə...