“Formula-1”ə görə bu avtobus xəttlərinin istiqaməti dəyişir (SİYAHI)
"Formula-1” üzrə Avropa Qran-pri yarışının təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə bu gündən Neftçilər prospektinin Azneft dairəsi tərəfdən – Dövlət Bayrağı Meydanı və həmin istiqamətdən bütün avtomobillərin girişinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir.
NİİM-dən BAKU.WS-ə verilən məlumata görə, nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün Neftçilər prospekti ilə Azneft dairəsindən keçməklə Bayraq meydanı, Bayıl və 20-ci sahə qəsəbələri istiqamətində gedən 5-6-124-88-195-53 saylı marşrut xətləri üzrə hərəkət edən avtobus sürücüləri alternativ yollardan istifadə etsin.
Sürücülər Afiyyədin Cəlilov – Yusif Səfərov, Yusif Səfərov – 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mikayıl Müşfiq, Mətbuat və Ziya Bünyadov prospektləri vasitəsilə hərəkətə üstünlük versinlər.
Bakı Nəqliyyat Agentliyi sürücülərə bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi və ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edir.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda Formula-1-ə görə bağlanacaq yollar (SİYAHI)
Bakıda ilk dəfə təşkil olunacaq "Formula-1” üzrə Avropa Qran-prisinin yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədi ilə paytaxtın bir sıra mərkəzi yolları...