Orxan Fikrətoğluya vəzifə VERİLDİ - YENİ MÜŞAVİR
Mədəniyyət nazirinə yeni müşavir təyin olunub.
BAKU.WS xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə Əməkdar incəsənət xadimi, yazıçı, publisist Orxan Fikrətoğlu (Orxan Sadıqov) təyinat alıb.
O, Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə bir neçə vacib sahənin koordinasiyasını həyata keçirəcək.
Qeyd edək ki, Orxan Fikrətoğlu uzun müddət müxtəlif media orqanlarında və bir sıra qurumlarda fəaliyyət göstərib.
Bu təyinatadək Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyinin baş direktorun səlahiyyətlərini müvəqqəti icra edib.
Oxşar xəbərlər
Vaxtında dəyişməsəniz mühərrik dağıla bilər: QRM-in gizli təhlükəsi
Qazpaylayıcı mexanizm (QRM) mühərrikdə klapanların düzgün vaxtda açılıb-bağlanmasını təmin edir. O, krank mili ilə paylayıcı mili bir-birinə bağlayır və bu sinx...