Opera və Balet Teatrı Yalçın Adıgözəlov və Əvəz Abdulla ilə qonorarla işləyə bilər

Opera və Balet Teatrı Yalçın Adıgözəlov və Əvəz Abdulla ilə qonorarla işləyə bilər
Sosial 67

Akademik Opera və Balet Teatrı Xalq artistləri Yalçın Adıgözəlov və Əvəz Abdulla ilə mülki-hüquqi müqavilə çərçivəsində, yəni konkret çıxışlar üzrə qonorar prinsipi ilə əməkdaşlıq edə bilər.

BAKU.WS xəbər verir ki, qurumdan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Xalq artisti Əvəz Abdulla Azərbaycanı xaricdə layiqli şəkildə təmsil edən sənətçilərdən biridir, daimi yaşayış yeri Almaniyadır:

"Bu səbəbdən onun teatr truppasında fasiləsiz əsaslarla fəaliyyət göstərməsi mümkün olmadığından onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Mövcud beynəlxalq təcrübəyə uyğun olaraq bu kimi hallarda əməkdaşlığın layihə əsaslı, mülki-hüquqi müqavilə çərçivəsində, yəni konkret çıxışlar üzrə qonorar prinsipi ilə davam etdirilməsi daha məqsədəuyğun hesab olunur və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur".

Vuğulanıb ki, Xalq artisti Yalçın Adıgözəlov yüksək peşəkarlığı və sənətinə verdiyi töhfələrlə seçilən, böyük hörmət bəslənilən sənətkardır.

"O, Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsinə təyin olunduqdan sonra qarşılıqlı razılaşma əsasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı müqaviləsinə xitam verilib. Lakin onunla da mövcud beynəlxalq təcrübəyə uyğun olaraq, layihə əsaslı, müqavilə çərçivəsində, konkret çıxışlar üzrə qonorar prinsipi ilə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur".

Son xəbərlər