“Nəsimi İli”nə həsr olunmuş regional məktəb çempionatı keçiriləcək

“Nəsimi İli”nə həsr olunmuş regional məktəb çempionatı keçiriləcək
Sosial 674
Mayın 25-də “Nəsimi İli”nə həsr olunmuş intellektual oyun çempionatı keçiriləcək.Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, çempionatın keçirilməsində əsas məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək, yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gəncləri aşkar etmək, onların inkişaf etdirilməsinə şərait yaratmaqdan ibarətdir.Çempionat Bakı, Gəncə, Şəmkir, Mingəçevir, Şirvan, İmişli, Masallı, Sumqayıt, Quba, Zaqatala, Göyçay şəhərlərində baş tutacaq.Məktəb çempionatı ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdləri arasında keçiriləcək.Hər zona üzrə qalib çıxmış komanda Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Oxşar xəbərlər

Buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə!

Buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə!

Martın 18-də Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qo...

1048 Sosial 09:50 12 mart 2018

Son xəbərlər