Nazirlikdən məktəblərin pəncərələri ilə bağlı AÇIQLAMA
11
apr
2019
18:16
Təhsil Nazirliyi bir sıra kütləvi informasiya vasitələrində məktəblərdə pəncərələrə dəmir barmaqlıqların quraşdırılması barədə yer alan xəbərlərə münasibət bildirib.Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov ONA-nın sorğusuna cavabında bildirib ki, yayılan xəbərlərin heç bir əsası yoxdur.C. Valehov Təhsil Nazirliyi tərəfindən bununla bağlı məktəblərə hər hansı tapşırığın verilmədiyini də qeyd edib. Qeyd edək ki, bir sıra kütləvi informasiya vasitələrində 162 nömrəli məktəbin VIII sinif şagirdinin intiharından sonra Təhsil Nazirliyi tərəfindən bütün məktəblərə qeyri-rəsmi formada yuxarı mərtəbələrin pəncərələrinə dəmir barmaqlıqların quraşdırılması barədə tapşırıq verildiyi barədə məlumatlar yer alıb.BAKU.WS
Oxşar xəbərlər
Məktəblərdə pəncərələr ləğv edilir - FOTO
162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharından sonra Tahsil Nazirliyi radikal qərar qəbul edib.BAKU.WS xəbər verir ki, nazirlik bütün m...