Nazirlikdən cərimələrlə bağlı RƏSMİ AÇIQLAMA
12
okt
2018
09:40
16-30 sentyabr 2018-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.Bu barədə nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Bildirilir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 313 akt və protokol tərtib olunub.Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 43 müddətli “məcburi göstəriş” verilib.Ümumilikdə, 65 iş üzrə 70250 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 42 iş üzrə 38761,99 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 338 iş üzrə 97965,06 manat məbləğində ödəmə tətbiq edilib.Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 48, icra qurumlarına 63, məhkəmələrə isə 8 iş göndərilib.BAKU.WS
Oxşar xəbərlər
Nazirlik vəzifəli şəxsi 3000 manat cərimələdi
Daşkəsəndə kənd bələdiyyə sədri qalaqlanan məişət tullantıları səbəbindən 3000 manat cərimə olunub.Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat x...