Nazirlik: Badamdarda sürüşmənin baş verdiyi ərazi sürüşməyə meyilli sahə olub
13
okt
2018
14:16
Bakının Səbail rayonunda, Badamdar - 20-ci sahə yolunda sürüşmənin baş verdiyi ərazi sürüşməyə meyilli sahə olub.Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.Ə.Qaralovun sözlərinə görə, həmin ərazi hələ bu sürüşmə baş verməmişdən əvvəl ETSN tərəfindən hazırlanmış və Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “Abşeron rayonunda sürüşməyə meyilli ərazilərin atlası”na daxil edilmişdi. Həmin atlasda sürüşməyə meyilli ərazinin konturları dəqiqliklə qeyd edilmişdi:“Baş vermiş bu sürüşmə prosesi də həmin konturların daxilindədir. Sürüşmə nəticəsində asfaltın bir hissəsi torpaq qatının altında qalıb”.Hazırda müşahidələrin davam etdirildiyini deyən Ə.Qaralov əlavə edib ki, oktyabrın əvvəlində bu sürüşmə hadisəsi baş verdikdən sonra ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyevin rəhbərliyi altında qərargah yaradılıb: "Onlar növbətçilik rejimində işləyir, hər saat əzində müşahidələr aparılır. Bu gün də sürüşmə prosesi baş verdikdə biz onu canlı şəkildə lentə aldıq".BAKU.WS
Oxşar xəbərlər
Badamdarda sürüşmə zonasında SON VƏZİYYƏT: Torpaq qatı asfaltın üstünə qədər gəlib (FOTO) - YENİLƏNİB
Bakı şəhərinin Səbail rayonunda, Badamdar şosesində (Badamdar-20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib.BAKU.WSxəbər verir ki, bunu...