Yağışdan sonra Teleqüllənin yanındakı sürüşmə aktivləşdi - Nazirlikdən təhlükə barədə AÇIQLAMA

Yağışdan sonra Teleqüllənin yanındakı sürüşmə aktivləşdi - Nazirlikdən təhlükə barədə AÇIQLAMA
Sosial 1003
Dünən və bu gün yağan yağışın təsirindən Bayıl yamacında - Teleqülləninin yaxınlığındakı sürüşmə sahəsində torpaq qatı daha da ağırlaşıb.BAKU.WS xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.Onun sözlərinə görə, ərazidə sürüşmə prosesinin bitdiyini demək olmaz. Hazırda ərazidə sürüşmə prosesi aktiv fazadadır: “Dünən və bu gün atmosfer yağıntılarının miqdarı çox olduğundan burada torpaq qatı bir az da ağırlaşıb. Amma hələ ki, elə bir ciddi dəyişiklik hiss etməmişik”.Ə.Qaralov bildirib ki, sürüşmə sahəsində torpaq qatının daha da ağırlaşması sürüşməyə səbəb olan amillərdən biridir:“Torpaq qatının ağırlaşması təhlükəni bir az da artırır. Atmosfer çöküntüləri normadan artıq olanda qrunt bir az ağırlaşır, nəticədə yamac boyu, relyefə uyğun olaraq, süxurlar arasında ilişmə qüvvəsi itdiyinə görə o, hərəkət edir. Bu da sürüşməyə səbəb olan amillərdəndir. Hazırda burada kütlənin üzərində o qədər çat var ki, onlardakı artımları gözlə müşahidə etmək artıq mümkün deyil”.BAKU.WS

Oxşar xəbərlər

Nazirlik: Bayılda sürüşmə aktiv fazadadır

Nazirlik: Bayılda sürüşmə aktiv fazadadır

“Hazırda Bayıl sürüşmə zonasında müşahidələr, mühəndis araşdırmaları aparılır, sürüşmə aktiv fazadadır və davam edir”.Bunu “Report”a açıqlamasında ərazidə olan...

842 Hadisə 10:54 13 fevral 2018

Son xəbərlər