Bakı və Abşeronda bir neçə yerdə sürüşmə aktivləşdi

Bakı və Abşeronda bir neçə yerdə sürüşmə aktivləşdi
Sosial 1340
Bakı şəhəri və Abşeron rayonundakı sürüşmə sahələrində mövcud vəziyyətlə bağlı məlumat açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, Zığ, Masazır qəsəbəsində "Zəli" gölü və Hökməlidə Nübar qəsəbəsi sürüşmə sahələrində aktivlik müşahidə edilir. Ekspedisiya rəisinin sözlərinə görə, sürüşmə sahələrinin aktivləşməsinə atmosfer yağıntıları səbəb olub.Ə. Qaralov qeyd edib ki, Şuşa şəhərciyi, Daş karxanası yaşayış massivi, Qala qəsəbəsi və Binəqədi subasma sahələrində də aktivlik qeydə alınıb, nəticədə həmin ərazilərdə qrunt sularının səviyyəsi qalxıb.BAKU.WS

Oxşar xəbərlər

Bakıda insan həyatı üçün təhlükəli olan ərazilər açıqlandı (SİYAHI, FOTO)

Bakıda insan həyatı üçün təhlükəli olan ərazilər açıqlandı (SİYAHI, FOTO)

Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində, Zığ-1, Maştağa-Zabrat, Daş Karxanası, Qala qəsəbəsi ərazilərində sürüşmə, uçqun və subasma proseslərin...

2385 Hadisə 15:54 17 oktyabr 2017

Son xəbərlər