Bakı və Abşerondakı təhlükə - SON VƏZİYYƏT
Respublika ərazisində mühüm sürüşmə obyektlərinin vəziyyəti haqqında iyul ayına olan vəziyyət açıqlanıb.
BAKU.WS bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, ötən ay Bayıl, Badamdar, Əhmədli, Əhmədli-1, Əhmədli-2, Qaraçuxur, N. Nərimanov dairəsi, N. Nərimanov döngəsi sürüşmə sahələrində ümumilikdə aktivləşmə müşahidə olunmayıb. O bildirib ki, iyul ayında Zığ-1 sürüşmə sahəsində sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə edilib.
Ə.Qaralov qeyd edib ki, ötən ay Masazır sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən sürüşmə kütləsinin üzərindəki mövcud çatlarda 1,5-2,2 sm ölçüdə genişlənmələr müşahidə olunub, prosesin dinamikasında nisbi aktivlik qeydə alınıb.
Oxşar xəbərlər
Yüksək temperatur 2-3 gün davam edəcək
Hazırda Azərbaycan ərazisində müşahidə edilən hava temperaturu iqlim normasından bir qədər yüksəkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hi...