Yüksək temperatur 2-3 gün davam edəcək

Yüksək temperatur 2-3 gün davam edəcək
Şou-biznes 1889

 

Hazırda Azərbaycan ərazisində müşahidə edilən hava temperaturu iqlim normasından bir qədər yüksəkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, dünən Bakı və Abşeron yarımadasında iqlim normasından yüksək temperatur qeydə alınıb. Belə ki, iyulun 17-də paytaxtda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olub.

Ötən günlərdə müşahidə edilən iqlim normasından yüksək temperatur yaxın 2-3 gün ərzində də davam edəcək.

Qeyd olunub ki, temperatur iqlim normasından yüksək olsa da, hələlik anomal istilər müşahidə olunmayıb: "Əvvəlki illər iyun ayında bundan da isti temperatur qeydə alınıb. İyul ayında ən yüksək temperatur 2010-2011-cı ildə 40 dərəcə olub".

BAKU.WS

Oxşar xəbərlər

İyul ayında müşahidə olunacaq hava şəraiti

İyul ayında müşahidə olunacaq hava şəraiti

İyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazir...

1572 Şou-biznes 12:07 30 iyun 2016

Son xəbərlər