Bakıda Sürüşmələr aktivləşib

Bakıda Sürüşmələr aktivləşib
Sosial 1257
 

Zığda, Masazırda və bölgələrdəki sürüşmə əraziləri aktivləşib. BAKU.WS-in məlumatına görə bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Ə.Qaralov deyib ki, Zığda aparılan monitorinqlər nəticəsində lokal sahələrdə sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Tikililərin divarlarında quraşdırılmış mayaklarda müxtəlif ölçülü çatlar əmələ gəlib. Prosesin dinamikasında aktivlik atmosfer yağıntılarının təsirindən baş verib. Masazırda M. İbrahimov küçəsi boyunca uçqun prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb. Masazır qəsəbəsi, "Zəli gölü” adlanan ərazidə atmosfer yağıntılarının təsirindən sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivlik baş verib.

Astarada Kijəbə sürüşmə sahəsində ay ərzində kənd ərazisində mövcud sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən çatların ölçüləri artıb. Lerikdə Veri-Əliabad sürüşmə sahəsində mövcud olan çatların ölçüləri qismən artıb. Lənkəran-Lerik yolunun 27-29-cu km-liyi sürüşmə sahəsində aktivlik davam edir.

Həmçinin Gədəbəydə Pirdağ və Arıqıran sürüşmə sahələrində nisbi aktivliyin baş verdiyi vurğulayan Ə. Qaralov qeyd edib ki, Xızı-Altıağac avtomobil yolunun 1-ci, 11-15-ci km-də sürüşmə sahələrində çatların ölüçlərində artım qeydə alınıb: "Siyəzəndə Sədan və Şabranda Baş Əmirxanlı sürüşmə sahələrində aktivlik müşahidə olunub. Şabranda, Surra sürüşmə sahəsində nisbi aktivlik qeydə alınıb və rayonun Qazbabalı sürüşmə sahəsində prosesin dinamikasında aktivlik baş verib. Ay ərzində aparılmış müşahidələr nəticəsində sürüşmə sahəsi üzərində olan çatların parametrlərində ciddi artım qeydə alınıb. Quba-Xınalıq avtomobil yolunun 37-46-cı km-də sürüşmə sahəsi müşahidə reperlərin üzərində nisbi hərəkət müşahidə olunub. Qobustanda Poladlı və Çuxanlı sürüşmə sahələri də aktivləşib”.

Muğanlı – İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu km-də sürüşmə sahələrində yol boyu ağır tonnajlı avtomobillərin hərəkəti və atmosfer yağıntılarının təsiri nəticəsindən ərazidə aktivlik qalmaqdadır. İsmayıllıda, Xankəndi, İstisu və Sədiyan sürüşmə sahələrində ay ərzində aktivlik müşahidə edilib. Basqal-Sulut avtomobil yolunun 10-cu km-liyi ay ərzində aparılmış monitorinq zamanı sürüşmə sahəsində aktivlik müşahidə olunub.

BAKU.WS

Oxşar xəbərlər

Masazırda 7 ev yararsız hala düşüb

Masazırda 7 ev yararsız hala düşüb

"Masazır qəsəbəsində "Zəli gölü” kimi tanınan ərazidə baş vermiş sürüşmə-çökmə prosesi aktiv fazadadır”. BAKU.WS-in xəbərinə görə, bunu APA-ya açıqlamasında Ek...

1228 Sosial 15:37 01 mart 2017

Son xəbərlər