Masazırda 7 ev yararsız hala düşüb

Masazırda 7 ev yararsız hala düşüb
Sosial 1228
 

"Masazır qəsəbəsində "Zəli gölü” kimi tanınan ərazidə baş vermiş sürüşmə-çökmə prosesi aktiv fazadadır”.

BAKU.WS-in xəbərinə görə, bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, sürüşmə, çökmə və uçqun nəticəsində 7 ev yararsız vəziyyətə düşüb, ərazidə yerləşən digər evlərin divarlarında isə çatlar əmələ gəlib.

Hadisəsinin baş verdiyi yamacın maililiyinin 30 dərəcə təşkil etdiyini vurğulayan ekspedisiya rəisi qeyd edib ki, prosesin dinamikasında aktivlik davam etsə, digər evlər də təhlükə vəziyyətlə üzləşə bilər.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda göl daşdı, yolları və evləri su basdı

Bakıda göl daşdı, yolları və evləri su basdı

Zabrat gölündə suyun səviyyəsi qalxıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının r...

1653 Hadisə 14:44 13 dekabr 2016

Son xəbərlər