Bakıda məktəbin ərazisində uçqun olub

Bakıda məktəbin ərazisində uçqun olub
Hadisə 1166

 

Bakı şəhəri Xətai rayonu 48 saylı orta məktəbin ərazisində istinad divarı uçub, ərazidə uçqun baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-ya deyib ki, son günlər yağan yağışların nəticəsində 48 saylı orta məktəbin ərzisində idman meydançasının kənarında 25 metr uzunluğunda, 4 metr hündürlüyündə istinad divarı uçub.

Onun sözlərinə görə, torpaq yuyulub, istinad divarı dayanıqlığın itirib, nəticədə uçqun baş verib.

R. Həsənov qeyd edib ki, uçqun 5 hektar ərazini əhatə edib: "İstinad divarının uçması nəticəsində torpaq 2 metrə qədər irəli gəlib”. 

 

BAKU.WS

Oxşar xəbərlər

Bakının mərkəzində binada uçqun - FOTO

Bakının mərkəzində binada uçqun - FOTO

Bakının Nəsimi rayonu, Azadlıq prospektində yerləşən yaşayış binasında uçqun olub. BAKU.WS azvision.az-a istinadən bildirir ki, binanın 3-cü mərtəbəsində balk...

5 Hadisə 10:59 18 oktyabr 2016

Son xəbərlər