Bakının təhlükəli zonaları AÇIQLANDI

Bakının təhlükəli zonaları AÇIQLANDI
Sosial 2320
 

Bakı şəhəri və Abşeron yarımadasında mövcud sürüşmə sahələrində olan vəziyyət açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Badamdar sürüşmə sahəsində istinad divarlarında yerləşdirilmiş mayaklarda çatlar müşahidə edilib, sürüşmə ərazisində ayrı-ayrı lokal sahələrdə sürüşmə kütləsi su ilə tam doyaraq yamacboyu axıb.

O bildirib ki, Suraxanı rayonunda, Əhmədli-Günəşli arası sürüşmə sahəsinin kütləsi üzərində və istinad divarlarında olan çatların ölçülərində genişlənmə müşahidə edilib.

Ekspedisiya rəisinin sözlərinə görə, Zığ-1 sürüşmə sahəsində lokal sahələrdə sürüşmənin dinamikasında nisbi aktivlik müşahidə olunub, torpaq və divarlarda çatların ölçüləri 1,2-2 sm genişlənib.

Ə.Qaralov qeyd edib ki, Masazırda sürüşmə kütləsinin üzərindəki mövcud çatlarda 2 sm-ə qədər genişlənmələr müşahidə olunub: "Masazır qəsəbəsində, Mirzə İbrahimov küçəsi boyunca atmosfer yağıntılarının təsirindən 25-30 metr məsafədə uçqun baş verib. Hazırda prosesin dinamikasında aktivlik müşahidə olunur”.

BAKU.WS

Oxşar xəbərlər

Nazirlikdən XƏBƏRDARLIQ: Avtomobil yollarında sürüşmələr aktivləşib

Nazirlikdən XƏBƏRDARLIQ: Avtomobil yollarında sürüşmələr aktivləşib

"Son günlər yağan yağışların təsirindən Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliklərindəki sürüşmə sahələri aktivləşib”. Bunu APA-y...

1161 Sosial 13:45 20 oktyabr 2016

Son xəbərlər