Bakıdakı subasma sahələri ilə bağlı SON DURUM - RƏSMİ
04
okt
2017
18:46
Son günlər yağan yağıntıların təsirindən Bakıdakı bir sıra subasma sahələrində subasma prosesinin dinamikasında aktivlik qeydə alınıb.BAKU.WS xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.Onun sözlərinə görə, Sabunçu rayonunda Maştağa-Zabrat, Şuşa şəhərciyi, daş karxanası yaşayış masdsivi, Zabrat-Məhəmmədi, Qala qəsəbəsi subasma sahələrinin dinamikasında aktivlik qeydə alınıb.Ə.Qaralov bildirib ki, Bakıdakı Zığ-1 sürüşmə ərazisində lokal sahələrdə təbii (atmosfer yağıntıları) texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə edilib.Bundan başqa, Masazır qəsəbəsində - "Zəli gölü" adlanan ərazidə təbii və texnogen amillərin təsirindən sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb.Ə.Qaralov bildirib ki, Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Məlikaslanov küçəsi və ətraf əarzilərində təbii amillərin təsiirnsdən sürüşmə prosesinin dinamikasında aktivlik qeydə alınıb:"Bundan başqa, Abşeron rayonu, Masasız qəsəbəsində M.İbrahimov küçəsi və ətraf ərazilərdə, "Zəli gölü" adlanan ərazidə, Nübar qəsəbəsi sürüşmə sahəsindəson günlər əraziyə düşən yağıntıların təsirindən aktivləşmə qeydə alınıb.Bundan başqa, Lənkəran-Lerik yolunun 27-29-cu km-liyinin sürüşmə sahəsində atmosfer çöküntülərinin təsərindən sürüşmə prosesi fəallaşıb, sürüşmə sahəsində müxtəlif ölçülü çatların əmələ gəlməsi müşahidə olunur".Ə.Qaralov deyib ki, atmosfer yağıntılarının təsirindən Cəlilabad rayonunun Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci km-də mövcud olan sürüşmə sahəsinin paramentrlərində artım müşahidə edilib.O əlavə edib ki, Xızı-Altıağac yolunun 11-15-ci km-dəki sürüş.mə sahəsinin parametrlərində nsbi artım qeydə alınıb və yol boyu bir necə yerdə yeni uçqun hadisəsi baş verib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda daha bir neçə yerdə torpaq sürüşməsi baş verdi
Azərbaycanda sürüşmə sahələrində mövcud vəziyyət açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti geoloji planlama eksped...