Bakıdakı təhlükəli vəziyyətlə bağlı xüsusi QƏRARGAH YARADILDI

Bakıdakı təhlükəli vəziyyətlə bağlı xüsusi QƏRARGAH YARADILDI
Hadisə 891
Bakıda Bayıl yamacında sürüşmə prosesi davam edir.BAKU.WS-in trend-ə istinadən məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov hadisə yerinə deyib.Onun sözlərinə görə, sonuncu gün sürüşmə cüzi olub: "Burada tədqiqat işləri davam etdirilir, eyni zamanda geoloji araşdırmalar aparılır. Bizim məqsədimiz dərinliyi öyrənməkdir. Yəni, bu proseslər hansı dərinlikdə baş verir. Bu iş qurtarandan sonra digər qurumlar tərəfindən bərkitmə işləri aparılacaq".Ə.Qaralov bildirib ki, hazırda yağan yağış sürüşməni sürətləndirmək gücündə deyil: "Hazırda yağan yağışın sürüşməyə təsiri yoxdur. Əgər həddindən artıq qar yağsa, onun təsiri ola bilər. Sürüşmə prosesi hələlik başa çatmayıb, davam edir. Amma proses əvvəlki günlərə nisbətən zəifləyib".Qeyd edək ki, son günlər ərzində Bayıl qəsəbəsində sürüşmə zonasındakı evlərdə çatların sayı artıb. Sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir, 67 ailə artıq evlərindən köçürülüb.Sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində (RİH) Xüsusı Qərargah yaradılıb.BAKU.WS

Oxşar xəbərlər

Nazirlər Kabinetində İCLAS - Bayıldakı sürüşmə ilə bağlı

Nazirlər Kabinetində İCLAS - Bayıldakı sürüşmə ilə bağlı

Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar bu gün Nazirlər Kabinetində müşavirə keçiriləcək.BAKU.WS-in məlumatına görə, bunu Trend-ə Ekologiya və Təbii Sərv...

1089 Sosial 14:43 25 yanvar 2018

Son xəbərlər