Yeni Günəşli və Zığda qəzalı evlərin sayı artır

Yeni Günəşli və Zığda qəzalı evlərin sayı artır
Sosial 1123
Bakının Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivindəki "Günəşli Yaylası" çökmə-oturma sahəsi və Zığ sürüşmə sahəsindəki çatlarda müəyyən qədər artım var.BAKU.WS bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.Onun sözlərinə görə, bu ərazidə çat qeydə alınan evlərin sayı artıb. Eyni zamanda çatların eni də genişlənib.Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun bir müddət əvvəl verdiyi məlumata görə, Bakıda Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdar, Masazır gölünün ətrafında - ümumilikdə təxminən 20 yerdə böyük sürüşmə sahəsi var. Həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb.BAKU.WS

Oxşar xəbərlər

Abşeronda təhlükə: Vulkanların yaxınlığındakı sürüşmə sahələrində çatlar genişlənib

Abşeronda təhlükə: Vulkanların yaxınlığındakı sürüşmə sahələrində çatlar genişlənib

“Hökməlidə Nubar qəsəbəsi və Masazırda “Zəli gölü” çökmə - sürüşmə sahələrinin dinamikasında aktivlik müşahidə edilir”.BAKU.WS-in məlumatınba görə, bunu APA-ya...

1499 Sosial 19:08 23 oktyabr 2017

Son xəbərlər