Abşeronda təhlükə: Vulkanların yaxınlığındakı sürüşmə sahələrində çatlar genişlənib

Abşeronda təhlükə: Vulkanların yaxınlığındakı sürüşmə sahələrində çatlar genişlənib
Sosial 1499
“Hökməlidə Nubar qəsəbəsi və Masazırda “Zəli gölü” çökmə - sürüşmə sahələrinin dinamikasında aktivlik müşahidə edilir”.BAKU.WS-in məlumatınba görə, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. Onun sözlərinə görə, Nubar qəsəbəsindəki sürüşmə sahəsi Hökməli, “Zəli gölü” sürüşmə sahəsi isə Keyrəki palçıq vulkanlarının yaxınlığında yerləşir: “Vulkanların yüz illər boyunca püskürməsi ilə vulkan külləri ərazini təşkil edən süxurların, torpağın tərkibinə daxil olub. Belə olduqda isə torpaq yuyulmaya, aşınmaya daha həssas olur və möhkəmliyini itirir. Azacıq yağan yağış isə ərazini təşkil edən süxurların daha da dağılıb, parçalanmasına səbəb olur və çökmə - sürüşmə prosesi üçün zəmin yaranır”.R. Həsənov qeyd edib ki, hər iki çökmə - sürüşmə sahəsində çatların ölçüləri genişlənib.BAKU.WS

Oxşar xəbərlər

Bu ərazilərdə sürüşmə sahələri yenidən fəallaşdı – SİYAHI

Bu ərazilərdə sürüşmə sahələri yenidən fəallaşdı – SİYAHI

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanda bir necə gün əvvəl yağan yağıntıların nəticəsi olaraq, yenidən fəallaşan sürüşmə sahələrinin adlarını...

1189 Sosial 20:04 20 oktyabr 2017

Son xəbərlər