Bayıl yamacında sürüşmə baş verib - Evlərə ziyan dəyib

Bayıl yamacında sürüşmə baş verib - Evlərə ziyan dəyib
Sosial 1202
Bakıda Bayıl yamacında sürüşmə baş verib. BAKU.WS-in məlumatına görə, bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.Ə.Qaralov bildirib ki, hazırda ekspedisiyanın əməkdaşları sürüşmə ərazisinə yollanıb. Yerli sakinlərin sözlərinə görə, sürüşmə nəticəsində 5-6 evə ziyan dəyib, işıq dirəkləri aşıb. Ərazidə sürüşmə prosesi davam edir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib ki, Bayıl yamacında sürüşmə prosesində aktivlik müşahidə edilir. Hazırda aidiyyatı qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri ərazidədir: “Ciddi problem olduğunu deyə bilərik. Əraziyə baxış keçirildiksən sonra hadisənin detalları ilə bağlı əlavə məlumat veriləcək”.BAKU.WS

Oxşar xəbərlər

Teleqüllənin yeri dəyişdirilir? - RƏSMİ AÇIQLAMA

Teleqüllənin yeri dəyişdirilir? - RƏSMİ AÇIQLAMA

"Bayıl yamacındakı sürüşmə ilə əlaqədar Teleqüllənin yerinin dəyişdirilməsi ehtimalı yoxdur".BAKU.WS xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və T...

3577 Hadisə 16:43 30 yanvar 2018

Son xəbərlər